Bakı-2019: Azərbaycan həndbolçuları Çexiyaya ikinci dəfə uduzublar 

Bakı-2019: Azərbaycan həndbolçuları Çexiyaya ikinci dəfə uduzublar 
# 27 iyul 2019 12:02 (UTC +04:00)

Həndbolçu qızlardan ibarət Azərbaycan yığması Avropa Gənclər Yay Olimpiya Festivalında çıxışını başa vurub.

APA-nın məlumatına görə, bu gün son matçına çıxan millimiz 7-ci yer uğrunda qarşılaşmada Çexiya ilə üz-üzə gəlib.

Qrup mərhələsində də qarşılaşan komandaların ikinci duelində də ilk dəqiqələrdən təşəbbüsü rəqib ələ alıb. Çexiyalılar 42:13 (20:5, 22:8) hesabı ilə qalib gəliblər.

Bununla da komandamız 8 komandanın qatıldığı turnirdə sonuncu pilləni tutub.

Qeyd edək ki, yarışa B qrupunda başlayan millimiz İsveçrəyə 16:34, Macarıstana 23:47, Çexiyaya 17:33, 5-8-ci yerlər uğrunda görüşdə Rumıniyaya 22:35 hesabı ilə uduzub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR