Bakı-2019: Azərbaycan millisi Bolqarıstana məğlub olub

Bakı-2019: Azərbaycan millisi Bolqarıstana məğlub olub
# 26 iyul 2019 21:05 (UTC +04:00)

Voleybolçu oğlanlardan ibarət Azərbaycan yığması XV Avropa Gənclər Yay Olimpiya Festivalında növbəti oyununu keçirib.

APA-nın məlumatına görə, Bakıda təşkil olunan yarışa meydan sahibi kimi qatılan millimiz 5-8-ci yerlər uğrunda mübarizəyə start verib.

Qrupda hər üç görüşü uduzub sonuncu olan komandamız Bolqarıstanla görüşüb. Millimiz rəqibinə üç setdə uduzub – 0:3 (19:25, 21:25, 16:25).

Bu məğlubiyyətdən sonra voleybolçularımız 7-ci yer uğrunda görüşdə oynayacaq. Komandamız sabah Almaniya ilə üz-üzə gələcək. Bundestim bu gün Çexiyaya 2:3 (33:31, 24:26, 25:22, 19:25, 10:15) hesabı ilə məğlub olub.

Qeyd edək ki, 7-ci yer uğrunda sabahkı görüş saat 11:30-da başlayacaq. Millimiz almaniyalılara qrupdakı 0:3 (29:31, 19:25, 22:25) hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR