“Barselona” braziliyalı qapıçı transfer edib

“Barselona” braziliyalı qapıçı transfer edib
# 27 iyun 2019 13:17 (UTC +04:00)

İspaniyanın “Barselona” klubu heyətinə yeni qapıçı qatıb.

APA-nın məlumatına görə, Kataloniya təmsilçisi “Valensiya”dan braziliyalı Netonu transfer edib.

Barselonanın eyniadlı təmsilçisi bu keçid üçün 26 milyon avro ödəyib. Lakin bonuslar hesabına məbləğ 35 milyon avroya qədər arta bilər. Qapıçı ilə müqavilə 2023-cü ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, “Barselona” öz qapıçısı Yasper Silesseni “Valensiya”ya 35 milyon avroya satıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR