Güləş Avropa Gənclər Yay Olimpiya Festivalının proqramından çıxarılıb

Güləş Avropa Gənclər Yay Olimpiya Festivalının proqramından çıxarılıb
# 29 iyul 2019 15:26 (UTC +04:00)

2021-ci ildə keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalının proqramı dəqiqləşib.

APA-nın məlumatına görə, Slovakiyanın Banska Bistritsa şəhərində baş tutacaq mötəbər yarışda 10 idman növü üzrə mübarizə gerçəkləşəcək.

İyulun 24-dən avqustun 1-dək olan müddətcə təşkil olunacaq proqramın tərkibi Bakı-2019-la müqayisədə kiçik dəyişikliyə uğrayıb. Belə ki, iki gün öncə başa çatan yarışdakı 10 növdən 9-u iki il sonra Slovakiyada da proqrama daxil ediləcək. Bunlar idman gimnastikası, atletika, basketbol, həndbol, cüdo, üzgüçülük, tennis, velosiped idmanı və voleyboldur.

Azərbaycan yığmasının 8-i qızıl olmaqla, 16 medal qazandığı güləş isə festivalın proqramından çıxarılıb. Slovakiyada 10-cu idman növü triatlon olacaq.

Bu da meydan sahiblərinin istəyi ilə bağlıdır. Məsələ ondadır ki, yarışın qaydalarına görə 10 növdən 9-u festivalın proqramının toxunulmaz hissəsidir. Təşkilatçı ölkə isə sonuncu – 10-cu növü müəyyənləşdirmək hüququna malikdir. Bakı-2019-da bu, güləş idisə, iki il sonra triatlon olacaq.

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR