Minsk-2019: Alfonso Dominqes mükafatlandırılıb, Azərbaycan himni səsləndirilib  - FOTO

Minsk-2019: Alfonso Dominqes mükafatlandırılıb, Azərbaycan himni səsləndirilib  - FOTO
# 29 iyun 2019 20:21 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının qalibi olan Azərbaycan boksçusu Alfonso Dominqesin mükafatlandırma mərasimi keçirilib.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, yarışların keçirildiyi “Ureçye Arena”da 81 kq çəki dərəcəsində medal qazananlar rinqə dəvət olunublar.

Finalda Böyük Britaniya təmsilçisi Bencamin Vittakeri 3:2 hesabı ilə məğlub edən boksçumuz qızıl medalını alıb. Onun bu uğuru şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, ölkəmizin bayrağı qaldırılıb.

Bu çəki dərəcəsində bürünc medalları italiyalı Simone Fiori və ermənistanlı Qor Nersesyan qazanıb.

Qeyd edək ki, A.Dominqesə qədər digər boksçumuz Lorenzo Sotomayor 69 kq çəki dərəcəsində qazandığı bürünc medalını alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR