Minsk-2019: Azərbaycan gümnastı 6-cı olub 

Minsk-2019: Azərbaycan gümnastı 6-cı olub 
# 30 iyun 2019 15:39 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında idman gimnastikası yarışları davam edir.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, idmançılar müxtəlif təmrinlərdə mükafatlar uğrunda mübarizə aparıblar.

Azərbaycan yığmasının üzvü Marina Nekrasova dayaqla tullanmada qüvvəsini sınayıb. Onun çıxışı 13,466 xalla qiymətləndirilib. Gimnastımız final mərhələsini sonuncu - 6-cı pillədə başa vurub. Yarışın qalibi adına isə 14,283 xal toplayan sloveniyalı Teja Belak yiyələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR