Minsk-2019: Azərbaycanın 2 yunan-Roma güləşçisinin rəqibi dəqiqləşib

Minsk-2019: Azərbaycanın 2 yunan-Roma güləşçisinin rəqibi dəqiqləşib
# 28 iyun 2019 02:16 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.

APA-nın Minskə olunmuş əməkdaşının məlumatına görə, iyunun 28-də yunan-Roma güləşçilərinin mübarizəsinə start veriləcək.

Bu növ üzrə ilk yarış günündə Azərbaycan millisinin 2 üzvü yarışa qoşulacaq. 60 kq çəki dərəcəsində qüvvəsini sınayacaq Sakit Quliyev debütdə İvan Lizatoviçlə (Xorvatiya) üz-üzə gələcək. 67 kq çəki dərəcəsində Kərim Cəfərov isə startda norveçli Haavard Yorqensenlə güləşəcək.

Hər iki təmsilçimiz mübarizəyə 1/8 finaldan başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR