Minsk-2019: Azərbaycanın 4 güləşçisinin rəqibi müəyyənləşib

Minsk-2019: Azərbaycanın 4 güləşçisinin rəqibi müəyyənləşib
# 24 iyun 2019 20:37 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında sabah güləş yarışlarına start veriləcək.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, mübarizəyə öncə sərbəst güləşçilər başlayacaq.

Artıq 57 kq, 74 kq, 86 kq və 125 kq-da püşkatma mərasimi keçirilib və bu çəkilər dərəcələrində çıxış edən Azərbaycan millisinin üzvlərinin ilk rəqibləri müəyyənləşib.

Belə ki, təmsilçilərimizdən Mahir Əmiraslanov (57 kq) bolqarıstanlı Georgi Vangelovla, Hacımurad Hacıyev türkiyəli Söner Demirtaşla, Aleksandr Qostiyev (86 kq) isveçrəli Stefan Reyçmutla və Camaləddin Məhəmmədov (125 kq) belaruslu Vitali Pyasnyakla üz-üzə gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR