Minsk-2019: Azərbaycanlı stend atıcısı 14-cü yeri tutub

Minsk-2019: Azərbaycanlı stend atıcısı 14-cü yeri tutub
# 27 iyun 2019 16:43 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının qadınların stend atıcılığı yarışlarında skit növü üzrə təsnifat mərhələsi başa çatıb.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, iki gün davam edən ilkin mərhələdə 28 atıcı sərrastlığını yoxlayıb.

Final mərhələsinə vəsiqələr uğrunda Azərbaycan yığmasının iki üzvü də mübarizə aparıb. Nurlana Cəfərova 110 xal toplayıb. O, çıxışını 14-cü pillədə başa vurub. Reqina Meftahətdinova 104 xalla kifayətlənib. O, yekunda 23-cü olub.

Qeyd edək ki, təsnifat mərhələsində ilk 6 yeri tutan atıcı finala vəsiqə qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR