Minsk-2019: Lorenzo Sotomayor mükafatlandırılıb - FOTO

Minsk-2019: Lorenzo Sotomayor mükafatlandırılıb - FOTO
  • Clock-gray 19:29
  • calendar-gray 29 İyun 2019

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının boks yarışları davam edir.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, bu gün final görüşləri, həmçinin mükafatlandırma mərasimləri keçirilir.

Azərbaycan yığmasının boksçusu Lorenzo Sotomayorun bürünc medal qazandığı 69 kq çəki dərəcəsində də mükafatlar təqdim olunub. Təmsilçimiz bürünc medalını alıb. L.Sotomayorla yanaşı, onu yarımfinalda məğlub edən böyük britaniyalı Pat Makkormak qızıl, rusiyalı Xariton Aqrba gümüş, ukraynalı Yevgeni Barabanov da bürünc medal alıb.

Qeyd edək ki, L.Sotomayor “Uruçye Arena”da keçirdiyi 1/16 finalda ermənistanlı Qurqen Madoyanı 5:0, 1/8 finalda bosniya və herseqovinalı Adem Fetahoviçi 4:1, 1/4 finalda kosovolu Patriot Behramii 5:0 hesabı ilə məğlub edib, yarımfinalda böyük britaniyalı Pat Makkormaka uduzub.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date