Hindistan 40 ildən sonra ilk dəfə BOK-un sessiyasına ev sahibliyi edəcək

Hindistan 40 ildən sonra ilk dəfə BOK-un sessiyasına ev sahibliyi edəcək
# 19 fevral 2022 18:47 (UTC +04:00)

Şənbə günü Çinin Pekin şəhərində Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 139-cu sessiyası zamanı Hindistan 2023-cü ildə Mumbay şəhərində Beynəlxalq Olimpiya Komitəsinin (BOK) sessiyasına ev sahibliyi etmək hüququnu əldə edib.

APA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Pekində davam edən Qış Olimpiya Oyunları ilə yanaşı keçirilən BOK-un 139-cu sessiyası zamanı ölkənin ilk fərdi Olimpiya qızıl medalçısı ("Pekin 2008", atıcılıq) Abhinav Bindra, BOK üzvü Nita Ambani, Hindistan Olimpiya Assosiasiyasının (IOA) prezidenti Narinder Batra və gənclərlə iş və idman naziri Anurag Sing Takurdan ibarət Hindistan nümayəndə heyəti BOK üzvlərinin qarşısında təqdimatla çıxış edib.

Bu, Hindistanda ikinci BOK sessiyası olacaq. Ölkə sonuncu dəfə BOK-un sessiyasına 1983-cü ildə Yeni Dehlidə ev sahibliyi edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR