Tokio-2020: Azərbaycan daha iki medalı təmin edib

Tokio-2020: Azərbaycan daha iki medalı təmin edib
# 06 avqust 2021 14:18 (UTC +04:00)

Azərbaycan milli komandasının Tokio-2020 Yay Olimpiya Oyunlarında daha iki medal qazanacağı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, bu mükafatları həlledici görüşə vəsiqə qazanan təmsilçilərimiz təmin edib.

Bunlar sərbəst güləşçi Hacı Əliyev (65 kq) və karateçi Rafael Ağayevdir (75 kq). Pəhləvanımız bu gün keçirdiyi hər üç qarşılaşmada qələbə qazanaraq finala vəsiqə əldə edib. Onun qızıl, yoxsa gümüş qazanacağı sabahkı görüşdə dəqiqləşəcək.

Rafael isə qrupdakı ilk üç qarşılaşmada qələbə qazanıb. Bununla da təmsilçimiz yarımfinala yüksəlib. Ağayev ən azı bürünc medalı təmin edib. Burada həlledici görüşlər bu gün baş tutacaq.

Bununla Azərbaycanın Olimpiadadakı medal sayının ən azı 5-ə yüksələcəyi dəqiqləşib.

Qeyd edək ki, bunadək cüdoçu İrina Kindzerska (+78 kq), boksçu Alfonso Dominqes (81 kq) və yunan-Roma güləşində Rafiq Hüseynov (77 kq) bürünc medal qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR