2022-ci ilin dövlət büdcəsinin xərclərində dəyişiklik edilib

2022-ci ilin dövlət büdcəsinin xərclərində dəyişiklik edilib
# 17 noyabr 2022 16:37 (UTC +04:00)

2022-ci ilin dövlət büdcəsindən “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsə ayrılan vəsaitin həcmi azaldılıb.

APA-nın xəbərinə görə, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 401-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1526 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında əksini tapıb.

Fərmana əsasən, 2022-ci ilin dövlət büdcəsindən “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsə ayrılan vəsaitin həcmi 163 milyon manatdan 120 milyon manata endirilib.

Eyni zamanda “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılması üçün 43 milyon manat ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR