Azərbaycan Prezidenti Brüsselə son səfərinin nəticələrini çox müsbət qiymətləndirib

Azərbaycan Prezidenti Brüsselə son səfərinin nəticələrini çox müsbət qiymətləndirib
# 25 may 2022 11:29 (UTC +04:00)


Azərbaycan Prezidenti İlham Əliyev mayın 25-də Estoniya Respublikası parlamentinin sədri Yuri Ratasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən Avropa İttifaqı-Azərbaycan əlaqələrinə toxunub.

APA xəbər verir ki, dövlət başçısı Brüsselə son səfərinin nəticələrini çox müsbət qiymətləndirib.

Azərbaycan Prezidenti səfər zamanı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatını qeyd edərək, Avropa İttifaqının Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasında vacib rol oynadığını bildirib.

Dövlət başçısı Avropa İttifaqı ilə əlaqələrin ölkəmiz üçün önəmini qeyd edərək, bu əlaqələrin çoxşaxəli olduğunu və ənənəvi enerji sahəsindən əlavə digər istiqamətləri də əhatə etdiyini deyib və qeyd edib ki, ölkəmizdə yaradılan müasir nəqliyyat infrastrukturu və Azərbaycanın Xəzəryanı dövlətlər, eləcə də Qərb istiqaməti üzrə bağlantıları Avropa ilə Asiya arasında qarşılıqlı əlaqədə çox mühüm rol oynayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR