Azərbaycan Prezidenti Münxen görüşünün nəticələrindən məmnunluğunu bildirib, Blinkenə təşəkkür edib

Azərbaycan Prezidenti Münxen görüşünün nəticələrindən məmnunluğunu bildirib, Blinkenə təşəkkür edib
# 06 mart 2023 13:12 (UTC +04:00)

Azərbaycan dövlət başçısı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün nəticələrindən məmnunluğunu bildirib.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edərkən deyib.

Prezident İlham Əliyev bu istiqamətdə göstərdiyi davamlı səylərinə görə ABŞ Dövlət katibi Antoni Blinkenə təşəkkürünü ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR