Azərbaycan və Türkiyə prezidentləri “TEKNOFEST Azərbaycan” festivalında aviaşou izləyiblər

Azərbaycan və Türkiyə prezidentləri “TEKNOFEST Azərbaycan” festivalında aviaşou izləyiblər
# 28 may 2022 17:30 (UTC +04:00)

Bu gün “TEKNOFEST Azərbaycan” texnoloji festivalı çərçivəsində Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə növbəti aviaşou təşkil olunub.

APA-nın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aviaşounu izləyib.

Aviaşouda Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25, MİQ-29 qırıcı təyyarələri, Türkiyənin "Hürkuş" təlim təyyarəsi və "Atak" zərbə helikopterləri, o cümlədən "Solo Türk" və "Türk ulduzları" mürəkkəb manevrlər nümayiş etdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR