Dövlət başçısı: Ermənistan beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə Laçın yolundakı hadisələrlə əlaqədar manipulyasiya ilə məşğul olur

Dövlət başçısı: Ermənistan beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə Laçın yolundakı hadisələrlə əlaqədar manipulyasiya ilə məşğul olur
# 18 yanvar 2023 14:13 (UTC +04:00)

Dövlət başçısı Ermənistanın beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə Laçın yolundakı hadisələrlə əlaqədar manipulyasiya ilə məşğul olduğunu və yalan məlumatlar əsasında guya yolun bağlı olduğunu iddia etdiyini deyib.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yanvarın 18-də Davosda Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşdə deyib.

Prezident İlham Əliyev yolun mülki şəxslər və mülki təyinatlı yüklərin keçidi üçün açıq olduğunu, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə humanitar yüklərin sərbəst hərəkətinin təmin edildiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR