Gürcüstan, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin üçtərəfli görüşünün keçirilməsi təklif olunur - YENİLƏNİB

# 16 iyun 2022 11:18 (UTC +04:00)

Bizim Qafqazla bağlı yanaşmamız, baxışımız inteqrasiya, əməkdaşlıqdır və Azərbaycan artıq bir neçə dəfə buna başlamaq, ilk addımı atmaq üçün təkliflər verib.

APA xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.

“Biz bu məsələni gürcü həmkarlarımızla məsləhətləşmişik və Gürcüstan hökuməti də Gürcüstanda Azərbaycan, Ermənistan və Gürcüstan xarici işlər nazirləri səviyyəsində üçtərəfli görüşün təşkili və bu dialoqun başlanması ideyasını dəstəkləyir. Təəssüf ki, Ermənistan imtina edir, bunun səbəbini bilmirəm, heç bir məntiqli izahat tapa bilmirəm”, - dövlət başçısı vurğulayıb.

Dövlət başçısı oxşar cəhdlərin bəzi Avropa institutları tərəfindən də edildiyini diqqətə çatdırıb: “Yenə də imtina olub. Əgər Ermənistan Cənubi Qafqazda sülhün olmasını istəmirsə, onda bir sual meydana çıxır, onlar nə istəyir? Əgər onlar növbəti müharibə istəsələr, bu, onlar üçün fəlakət olacaq və bunu aydın başa düşürlər. Və düşünürəm ki, Ermənistandakı hakimiyyət və revanşist qüvvələr açıq şəkildə anlayır ki, bu dövlətçiliyin sonu olacaq. Ona görə də mən hesab edirəm ki, biz Ermənistandan aydın cavab almalıyıq ki, onlar Cənubi Qafqazı necə görürlər. Bizim mövqeyimiz aydındır, Gürcüstan hökumətinin mövqeyi aydındır - biz bu dialoqa başlamaq istəyirik, qarşılıqlı fəaliyyətə başlamaq istəyirik, ancaq təbii ki, Ermənistansız bu mümkün olmayacaq”.

***

10:58

Bizim Qafqazla bağlı yanaşmamız, baxışımız inteqrasiya, əməkdaşlıqdır və Azərbaycan artıq bir neçə dəfə buna başlamaq, ilk addımı atmaq üçün təkliflər verib.

APA xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.

“Biz bu məsələni gürcü həmkarlarımızla məsləhətləşmişik və Gürcüstan hökuməti də Gürcüstanda Azərbaycan, Ermənistan və Gürcüstan xarici işlər nazirləri səviyyəsində üçtərəfli görüşün təşkili və bu dialoqun başlanması ideyasını dəstəkləyir. Təəssüf ki, Ermənistan imtina edir, bunun səbəbini bilmirəm, heç bir məntiqli izahat tapa bilmirəm”, - dövlət başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR