İki nəfərə “Əməkdar jurnalist” fəxri adı verilib - SƏRƏNCAM

İki nəfərə “Əməkdar jurnalist” fəxri adı verilib - SƏRƏNCAM
# 30 noyabr 2022 16:35 (UTC +04:00)

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərə “Əməkdar jurnalist” fəxri adının və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

APA xəbər verir ki, Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə imzalanan Sərəncama əsasən, aşağıdakı şəxslərə “Əməkdar jurnalist” fəxri adı verilib:

Əliyev İlham Yaylaqalı oğlu

Musayev Alqış Həsən oğlu.

Aşağıdakı şəxslərə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:

Xəlilov Zahid Abdulla oğlu

Şadlinski Vaqif Bilas oğlu

Vəliyev Misirxan İzzət oğlu.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR