Kəlbəcər şəhərində 960 şagird yerlik tam orta məktəb tikiləcək

Kəlbəcər şəhərində 960 şagird yerlik tam orta məktəb tikiləcək
# 07 sentyabr 2022 14:14 (UTC +04:00)

Prezident İlham Əliyev Kəlbəcər şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

APA xəbər verir ki, Sərəncama əsasən, Kəlbəcər şəhərində 960 şagird yerlik tam orta məktəb binasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ilkin olaraq 300,0 (üç yüz) min manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR