MDB-nin geodeziya, xəritəçəkmə və kadastrla bağlı sazişinə dəyişiklik edilib

MDB-nin geodeziya, xəritəçəkmə və kadastrla bağlı sazişinə dəyişiklik edilib
# 12 may 2023 15:56 (UTC +04:00)

Prezident İlham Əliyev “Birliyin iştirakçısı olan dövlətlərin geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi sahələrində qarşılıqlı fəaliyyəti haqqında 1992-ci il 9 oktyabr tarixli Sazişdə dəyişiklik edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında qanunu təsdiq edib.

APA xəbər verir ki, qanuna əsasən, Geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi üzrə MDB-nin Dövlətlərarası şura haqqında Əsasnaməsi yeni redaksiyada veriləcək.

Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının 1992-ci il oktyabrın 9-da keçirilən iclasında “Birliyin iştirakçısı olan dövlətlərin geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi sahələrində qarşılıqlı fəaliyyəti haqqında” Saziş imzalanıb. Azərbaycan həmin Sazişə 1998-ci il aprelin 10-da qoşulub.

2021-ci il mayın 28-də imzalanmış protokol ilə yuxarıda qeyd olunan sazişlə təsdiq edilmiş Geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi üzrə Dövlətlərarası şura haqqında Əsasnamə yeni redaksiyada verilir.

Bu əsasnaməyə uyğun olaraq Geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi üzrə Dövlətlərarası Şura Birliyin iştirakçı dövlətlərinin geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondla tədqiq edilməsi sahəsində qarşılıqlı fəaliyyəti haqqında 1992-ci il 9 oktyabr tarixli Sazişin yerinə yetirilməsi üçün yaradılır və Müstəqil Dövlətlər Birliyinin sahəvi əməkdaşlıq orqanıdır.

Əsasnamədə Şuranın funksiyaları, onun tərkibi, fəaliyyətinin təşkili, üzvlərinin hüquq və vəzifələri barədə müddəalar əksini tapıb. Bundan başqa, Əsasnamədə Şuranın Katibliyinin funksiyaları və Şuranın prosedur qaydaları müəyyən edilib. Azərbaycan tərəfi protokolu qeyd-şərt ilə imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR