Notariat hərəkətlərin aparılması ilə bağlı hüquqi əsaslar təkmilləşdirilib

Notariat hərəkətlərin aparılması ilə bağlı hüquqi əsaslar təkmilləşdirilib
# 31 may 2023 14:30 (UTC +04:00)

Notarius tərəfindən kommersiya hüquqi şəxslərinin nizamnamə kapitalı, təsisçilərin (iştirakçıların) təsisçi (iştirakçı) səlahiyyətlərinin həyata keçirilməsi və onların nizamnamə kapitalındakı payları ilə əlaqədar notariat hərəkətlərinin aparılması zamanı lazım olan məlumat və sənədlərin tələb edilməsinin hüquqi əsasları təkmilləşdirilib.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Notariat haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, qeyd edilən notariat hərəkətləri aparıldığı zaman notarius, kommersiya hüquqi şəxslərinin təsisçiləri (iştirakçıları), onların nizamnamə kapitalındakı payları barədə məlumatlarla yanaşı, həm də kommersiya hüquqi şəxslərinin nizamnamələri və dövlət qeydiyyatı haqqında şəhadətnamələri barədə məlumatları da elektron informasiya sistemləri vasitəsi ilə elektron sorğu əsasında əldə edəcək.

Qanun həmçinin tərcüməçi tərəfindən elektron imza ilə təsdiq edilmiş tərcümənin düzgünlüyünü elektron qaydada təsdiq edə bilməsi müəyyən olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR