Prezident İlham Əliyev: Laçının işğalı AXC-Müsavat xəyanətkar cütlüyünün növbəti çirkin xəyanəti idi

Prezident İlham Əliyev: Laçının işğalı AXC-Müsavat xəyanətkar cütlüyünün növbəti çirkin xəyanəti idi
# 28 mart 2023 14:22 (UTC +04:00)

Şuşanın işğalından bir neçə gün sonra Laçın rayonu da işğal edildi. Bu, ölkəmiz üçün, laçınlılar üçün böyük faciə idi və bu, AXC-Müsavat xəyanətkar cütlüyünün növbəti çirkin xəyanəti idi.

APA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən söyləyib.

Dövlətimizin başçısı deyib: “AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışırdı və torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi. Onlar bunu belə qiymətləndirirdilər - hesab edirdilər ki, əgər Azərbaycan xalqı böyük bir sarsıntı keçirərsə, onlar üçün əlavə şanslar yaranacaq. Əfsuslar olsun ki, belə də oldu”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR