Prezident: “Minsk qrupu faktiki olaraq 2019-cu ildə iflic olmuşdu”

Prezident: “Minsk qrupu faktiki olaraq 2019-cu ildə iflic olmuşdu”
# 22 aprel 2022 13:20 (UTC +04:00)

Biz müharibəni hərbi-siyasi yollarla həll etdik. Və yenə də deyirəm təkbaşına, heç bir vasitəçi olmadan. Vasitəçilərə gəldikdə əfsuslar olsun ki, bu gün də hələ də Minsk qrupu haqqında Ermənistanda yüksək vəzifəli şəxslər sözlər deyirlər.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışında deyib.

“Hesab edirəm ki, bu əbəsdir, bunun heç bir mənası yoxdur. Minsk qrupu faktiki olaraq 2019-cu ildə iflic olmuşdu. 1992-ci ildə bu məsələni həll etmək üçün mandat almış bu qrup faktiki olaraq heç bir nəticə əldə etməmişdir”, - Prezident İlham Əliyev vurğulayıb.

Dövlət başçısı deyib ki, 1992-ci ildə bu məsələni həll etmək üçün mandat almış Minsk qrupu faktiki olaraq heç bir nəticə əldə etməyib. İndi bu qrupun tarixçəsinə və hərəkətlərinə, verdiyi təkliflərə nəzər yetirərkən bir daha görmək olar ki, o, məsələni həll etmək üçün yox, işğalı əbədiləşdirmək üçün yaradılmışdı. Minsk qrupunun həmsədr ölkələrində erməni lobbi qruplarının təsiri çoxdur. Məhz buna görə 28 il bu qrupun heç bir nəticəsi olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR