Teymur Musayev səhiyyə naziri təyin edilib - VİDEO

Teymur Musayev

© APA | Teymur Musayev

# 19 yanvar 2022 12:17 (UTC +04:00)

Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini vəzifəsindən azad edilib.

APA-nın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərbaycan Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 aprel tarixli 2602 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 4, maddə 372) ləğv edilib.

Dövlət başçısının digər Sərəncamı ilə Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR