TÜRKSOY-un baş katibi Azərbaycan Prezidentinə təbrik məktubu göndərib

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 23 dekabr 2021 14:42 (UTC +04:00)

TÜRKSOY-un baş katibi Düsen Kaseinov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA-nın xəbərinə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

TÜRKSOY-un Baş Katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Sizi əlamətdar yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Zati-alinizin yürütdüyü uzaqgörən və müdrik siyasət nəticəsində müstəqil Azərbaycan Respublikası siyasi, iqtisadi və mədəni sahələrdə yüksək nailiyyətlər əldə edərək beynəlxalq aləmdə nüfuzunu artırmış və regionda sülhün, tərəqqinin və əmin-amanlığın bərqərar olmasını təmin etmişdir.

Əminəm ki, Zati-alinizin apardığı təmkinli və ardıcıl fəaliyyət sayəsində azad edilmiş əzəli Azərbaycan torpaqlarında vaxtilə dağıdılmış, məhv edilmiş türk mədəni və tarixi irsi, mədəniyyət və incəsənət ocaqları çox qısa müddətdə bərpa edilərək Azərbaycan xalqının istifadəsinə veriləcək və Qarabağ torpağı yeni dahilər yetişdirib dünya mədəniyyətinə bəxş edəcəkdir.

Fürsətdən istifadə edərək, TÜRKSOY-a daim göstərdiyiniz diqqət və qayğıya görə Zati-alinizə minnətdarlığımı bildirir, bu əlamətdar gündə Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR