25 ölkədən 60-a yaxın rezident Azərbaycanda məsafədən biznes əməliyyatları aparmaq üçün müraciət edib

25 ölkədən 60-a yaxın rezident Azərbaycanda məsafədən biznes əməliyyatları aparmaq üçün müraciət edib
# 16 aprel 2020 10:19 (UTC +04:00)

"Digital Trade Hub" layihəsi çərçivəsində 25 ölkədən 60-a yaxın elektron və mobil rezident Azərbaycanda məsafədən biznes əməliyyatları görmək üçün müraciət edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economicsə” verilən məlumata görə, bunu Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli deyib.

Onun sözlərinə görə, dünyada Estoniyadan sonra ilk dəfə elektron və mobil rezidentlik təqdim edən DigitalTradeHub layihəsi böyük əhəmiyyət kəsb edir.

“Yaradılan rəqəmsal ekosistem Azərbaycanın qeyri-neft sektorunun texnologiya əsaslı fundamentinin bəndlərini təşkil etmək potensialındadır. “Bu ekosistemdə həm sahibkar, həm investor, həm də iqtisadi münasibətlərin aparıldığı onlayn bazar (Azexport) nəzərə alınıb. Ekosistemi təsvir etsək, burada xarici vətəndaş Digital Trade Hub vasitəsilə mobil rezidentlik alaraq, EnterpriseAzerbaijan portalında bəyəndiyi layihəyə və sahibkara investisiya edə bilər, və layihədən əldə edilən məhsulun daha sonra Azexport vasitəsilə xarici bazarlara çıxışını təmin edə bilər”, - deyə N. Əsədli qeyd edib.

Rəqəmsal Ticarət Qovşağının meneceri əlavə edib ki, Azexport portalı fəaliyyət göstərdiyi müddətdə 1,7 milyard dollar dəyərində ixrac sifarişini Azərbaycan sahibkarlarına çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR