Azərbaycan məhsulları Dubayda beynəlxalq sərgidə nümayiş olunacaq

Azərbaycan məhsulları Dubayda beynəlxalq sərgidə nümayiş olunacaq
# 12 dekabr 2020 09:37 (UTC +04:00)

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ("Azpromo") ölkədə qida sənayesi sahəsində fəaliyyət göstərən sahibkarları beynəlxalq sərgidə iştiraka dəvət edib.

Fonddan "APA-Economics"ə verilən məlumata görə, gələn ilin 21-25 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Gulfood" beynəlxalq qida sərgisi keçiriləcək.

Sərgidə iştirak şərtləri barədə ətraflı məlumatı İqtisadiyyat Nazirliyinin və "Azpromo"nun rəsmi internet səhifələrində əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR