Azərbaycan xaricdəki ticarət evləri ilə bağlı yeni konsepsiya hazırlayıb

Azərbaycan xaricdəki ticarət evləri ilə bağlı yeni konsepsiya hazırlayıb
  • Clock-gray 12:29
  • calendar-gray 02 Dekabr 2020

Azərbaycanın xarici ölkələrdəki ticarət evləri ilə bağlı yeni konsepsiya hazırlanıb. Konsepsiya ticarət evlərinin rəhbərlərinə təqdim olunacaq.

"APA-Economics"in məlumatına görə, bunu "Caspian Energy Club"un təşkilatçılığı ilə keçirilən onlayn "B2G Forum"da çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, konsepsiyada ticarət evlərinə marketinq dəstəyinin hansı formada veriləcəyi, marketinq dəstəyi satışın neçə faizini təşkil edəcəyi və sair məqamlar əks olunacaq. Belə ki, üstünlük daha çox satışa veriləcək və konstruktiv məsələlər ortaya qoyulacaq: "Düşünürəm, bu, daha maraqlı və faydalı olacaq, sırf kommersiya yönümlü. Bundan əvvəlki yanaşma bir qədər işin mahiyyətindən kənarlaşırdı. Lakin indi konkret olaraq ticarət evlərinin qarşısında tələblər qoyulacaq ki, Azpromo ilə onlar arasında yeni saziş forması olacaq. Bu forma Azpromo-nun internet səhifəsinə yüklənəcək, yeni ticarət evi açmaq istəyən şəxslər onunla tanış ola biləcək".

Hüseyn Vəliyev

Digər xəbərlər