Azərbaycanda 17 minə yaxın sahibkarlıq subyektində karantin rejimi pozulub

Azərbaycanda 17 minə yaxın sahibkarlıq subyektində karantin rejimi pozulub
# 12 mart 2021 15:55 (UTC +04:00)

Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində sosial davranış qaydalarına və sanitarepidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə xüsusi sanitar rejimi tətbiq edilən sahələrdə fəaliyyət göstərən 156,2 min sahibkarlıq subyektində monitorinq keçirilib.

"APA-Economics"in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Qeyd olunur ki, monitorinqin nəticələrinə görə, 16,8 min (10,8%) obyektdə xüsusi karantin rejiminin tələblərinin pozulması aşkar edilib (ümumilikdə 34,9 min pozuntu), tələblərə əməl olunması istiqamətində zəruri tədbirlər həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR