Azərbaycanda POS-terminalların quraşdırılmaması və ya istifadə edilməməsinə görə maliyyə sanksiyaları tətbiq olunacaq

Azərbaycanda POS-terminalların quraşdırılmaması və ya istifadə edilməməsinə görə maliyyə sanksiyaları tətbiq olunacaq
# 03 dekabr 2019 11:54 (UTC +04:00)

Azərbaycanda POS-terminalların quraşdırılmaması və ya quraşdırıldığı halda istehlakçıya tətbiq etməkdən imtina edilməsi hallarına görə 2020-ci il yanvarın 1-dən maliyyə sanksiyalarının tətbiq olunacağı nəzərdə tutulub.

APA-Economics”in məlumatına görə, bu barədə Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı brifinqdə Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva məlumat verib.

"Bu hala təqvim ili ərzində ilk dəfə yol verildikdə 1 000 manat, ikinci dəfə yol verildikdə 3 000 manat, üçüncü dəfə yol verildikdə 6 000 manat maliyyə sanksiyası tətbiq ediləcək. Bu, nəzarət-kassa aparatının tətbiq edilməməsinə bərabər tutulan maliyyə sanksiyalarıdır", - deyə S. Musayeva qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR