Azərbaycanda dörd dövlət əmlakı özəlləşdirilib

Azərbaycanda dörd dövlət əmlakı özəlləşdirilib
# 25 fevral 2021 12:21 (UTC +04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil olunan hərracda dörd dövlət əmlakı özəlləşdirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, özəlləşdirilən kiçik dövlət müəssisə və obyektləri Beyləqan rayonu və Siyəzən şəhərində yerləşir. Hərracda, həmçinin “Azərkəndtikinti” və “Mingəçevir Qum Çınqıl” səhmdar cəmiyyətlərinin dövlətə məxsus səhm paketləri də özəlləşdirilib.

Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin saytından tanış olmaq olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR