Böyük Britaniyada avtomobil satışları yenidən azalıb

Böyük Britaniyada avtomobil satışları yenidən azalıb
# 04 sentyabr 2020 13:21 (UTC +04:00)

Bu ilin avqust ayında Böyük Britaniyada yeni avtomobillərin satışı illik müqayisədə təxminən 5% azalaraq 87 266 ədəd təşkil edib.

"APA-Economics"in Böyük Britaniya Avtomobil İstehsalçıları və Satıcıları Birliyinin ilkin məlumatına istinadən verdiyi xəbərə görə, satışların ötən ilki stabil səviyyəyə qayıtması gələn ilin II rübünə qədər çəkə bilər.

Qeyd edək ki, cari ilin iyul ayında satışlar illik müqayisədə 11% artıb və bu, 2020-ci ildə qeydə alınan ilk illik artım olub. Bunun əsas səbəbi COVID-19 pandemiyası ilə bağlı karantin, təcrid və digər preventiv tədbirlərin aradan qaldırılması idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR