Böyük Britaniyada avtomobil satışlarının azalma dinamikası yavaşlayıb

Böyük Britaniyada avtomobil satışlarının azalma dinamikası yavaşlayıb
# 06 iyul 2020 12:01 (UTC +04:00)

İyun ayında Böyük Britaniyada yeni avtomobillərin satışı illik müqayisədə 1/3 azalaraq təxminən 145 min ədəd təşkil edib.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, COVID-19 pandemiyası ilə bağlı karantin, təcrid və digər preventiv tədbirlərin aradan qaldırılması bazara müsbət təsir edib. Belə ki, illik müqayisədə martda, apreldə və mayda avtomobil satışları müvafiq olaraq 44%, 97% və 89% azalmışdısa, iyunda mənfi dinamika yavaşlayıb.

Lakin ölkədə bütün avtomobil zavodları açılmayıb və istehsalçıların çoxu tələb və təklifi tarazlaşdırmağa çalışdıqları üçün qısaldılmış iş rejimində çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR