Gürcüstan Azərbaycana pivə ixracını artırıb

Gürcüstan Azərbaycana pivə ixracını artırıb
# 20 oktyabr 2020 12:12 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində Gürcüstan Azərbaycana 298,3 min ABŞ dolları dəyərində 313,2 ton pivə ixrac edib.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) məlumat verilib.

Bildirilib ki, ixrac edilən məhsulun dəyəri illik ifadədə 16,1 min dollar və ya 5,1% az, həcmi isə 12,5 ton və ya 4,2% çoxdur. Belə ki, 2019-cu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycana 314,4 min dollar dəyərində 300,7 ton pivə ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR