Gürcüstandan Azərbaycana bu il 19,2 mindən çox minik avtomobili gətirilib

Gürcüstandan Azərbaycana bu il 19,2 mindən çox minik avtomobili gətirilib
# 19 noyabr 2020 12:58 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində Gürcüstan Azərbaycana 190 809,06 min ABŞ dolları dəyərində 19 246 ədəd minik avtomobili ixrac edib.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən bildirilib.

Qeyd olunub ki, idxal olunan məhsulun dəyəri illik müqayisədə 4 618,75 min dollar və ya 2,3% azalıb, sayı isə 1 810 ədəd və yaxud 10,3% artıb.

Hesabat dövründə Gürcüstanın avtomobil ixracının ümumi həcmi 335 575,4 min dollar təşkil edib ki, bu da illik müqayisədə 39,8% azdır. Beləliklə, cari ilin yanvar-oktyabr ayları ərzində Gürcüstanın avtomobil ixracının 56,8%-i Azərbaycanın payına düşüb. Avtomobil ixracı Gürcüstanın ümumi ixracının 12,4%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR