İndiyədək 162.217 muzdlu işçiyə 37 milyon manatdan artıq vəsait ödənilib

İndiyədək 162.217 muzdlu işçiyə 37 milyon manatdan artıq vəsait ödənilib
# 25 aprel 2020 19:21 (UTC +04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üzrə hesabatı (24.04.2020 il tarixinə) açıqlayıb.

APA-Economics”in məlumatına görə, hesabatda bildirilir ki, indiyədək müraciət etmiş vergi ödəyicilərinin sayı 21.432, vergi ödəyiciləri üzrə muzdlu işçilərin sayı isə 224.602 nəfərdir.

Müraciət edənlər üçün 77.982,8 min manat, o cümlədən, 1-ci ay 38.991,4 min manat (50%) ödənilməsi nəzərdə tutulur.

Faktiki olaraq 16.814 vergi ödəyicisinə, həmin vergi ödəyiciləri üzrə isə 162.217 muzdlu işçiyə ödəniş edilib.

Ödənilmiş vəsaitin məbləği 37.005,4 min manatdır.

Tədbirin icrası üzrə ümumilikdə 215,0 milyon manat vəsait nəzərdə tutulur.

Xatırladaq ki, bu ödəmələr koronvirus pandemiyasından zərər çəkmiş muzdlu işçilərə dövlət tərəfindən dəstək məqsədilə həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR