Şəmkirdə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölən və xəsarət alan şəxslərin adları məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, qəza nəticəsində avtomobildə sərnişin olan 18 yaşlı T.Orucov həyatını itirib.
Hadisə zamanı avtomobilin sürücüsü, 20 yaşlı V.Əmrahov və 24 yaşlı C.Rüstəmov xəsarət alıblar.
Qeyd edək ki, hərəkətdə olan VAZ-2106 markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.
***
08:56
Şəmkirdə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlardan biri xəstəxanada ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, ölən və xəsarət alan şəxslərin kimlikləri dəqiqləşdirilir.
***
Şəmkirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.