"Mərcan" istehsalçısı "Hər saata bir Ağac" aksiyası keçirib - FOTO - VİDEO

"Mərcan" istehsalçısı "Hər saata bir Ağac" aksiyası keçirib - FOTO - VİDEO
# 02 dekabr 2020 12:37 (UTC +04:00)

44 gün davam edən müharibə dövrü üçün 1056 ağac əkilib

Erməni vandalizminin növbəti nümunəsi olan ekoloji terror hadisələrinə biganə qala bilməyən “Mərcan” məhsulları istehsalçısı Azerbaijan Poultry şirkəti Füzulidə ağacəkmə aksiyası keçirib.

“Beynəlxalq hüququ və BMT Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycana qarşı təcavüz törətmiş bir millətin belə bir addım atacağı təəccüb hissi doğurmasa da böyük təəssüf hissi yaratdı. “Mərcan” məhsullarının istehsalçısı olaraq işğaldan azad olunan torpaqlarımızın dirçəlişində, abadlaşdırılmasında biz də öz töhfəmizi verməyə, dövlətimizin apardığı siyasətə dəstək olmağa çalışacağıq. Bugünkü aksiyamızda 44 gün davam edən müharibə dövrünün hər saatına bir ağac, yəni 1056 ağac əkməklə bu istiqamətdə ilk addımımızı atırıq” - deyə şirkətin PR və Kommunikasiyalar meneceri bildirdi.

Füzuli rayonunun Horadiz qəsəbəsində aksiyanı gerçəkləşdirdikdən sonra şirkət burada yaşayan şəhid ailələrinə yardım etməklə tədbiri yekunlaşdırdı.

Qeyd edək ki, sosial məsuliyyət hissini yüksək tutan “Mərcan” məhsulları istehsalçısı mütəmadi yardım etdiyi müəssisələrlə yanaşı, müharibə başlayan gündən bu günədək müharibədən zərərçəkmişlərə, şəhid və qazi ailələrinə yardım etmək üçün Bakı, Bərdə, Füzuli, Gəncə və digər bölgələrə ianələr çatdırmağa davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR