Şanxay Əməkdaşlıq Təşkilatının Çindəki sərgisi COVID-19-a görə təxirə salınıb

Şanxay Əməkdaşlıq Təşkilatının Çindəki sərgisi COVID-19-a görə təxirə salınıb
# 12 oktyabr 2020 11:40 (UTC +04:00)

Bu ilin 16-18 oktyabr tarixlərində Çinin Tsindao şəhərində keçirilməsi nəzərdə tutulan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Beynəlxalq Ticarət və İnvestisiya Sərgisi koronavirus təhlükəsi səbəbindən təxirə salınıb.

"APA-Economics" xəbər verir ki, bu barədə sərginin təşkilat komitəsi məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan da daxil olmaqla sərgidə 600-dən çox çinli və xarici şirkətin iştirakı gözlənilirdi. Sərgidə maliyyə, kənd təsərrüfatı, mədəniyyət və turizm, yüngül sənaye və xalq sənəti məhsullarının və xidmətlərin təqdimatı nəzərdə tutulurdu.

Xatırladaq ki, ŞƏT 2001-ci il iyunun 15-də Şanxayda 6 ölkənin ( Rusiya, Çin, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan) prezidentlərinin birgə görüşü zamanı yaradılıb, daimi əsaslarla fəaliyyət göstərən regional beynəlxalq birlikdir. Üzv dövlətlər sırasında Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan, Hindistan, Pakistan və Özbəkistan daxildir. Əfqanıstan, İran, Monqolustan və Belarus müşahidəçi statusuna malikdir, Azərbaycan, Türkiyə, Kamboca, Nepal, Ermənistan və Şri-Lanka isə "dialoq üzrə tərəfdaş" ölkələr sırasındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR