Satınalma təşkilatlarının tenderlərdə iştirak etməməsinin səbəbi açıqlanıb

Satınalma təşkilatlarının tenderlərdə iştirak etməməsinin səbəbi açıqlanıb
# 17 fevral 2021 13:21 (UTC +04:00)

Bu gün kifayət qədər satınalma təşkilatlarının tenderlərdə iştirak etməməsinin səbəbi iştirak haqlarının yüksək olmasıdır.

APA-Economics”in məlumatına görə, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2020-ci ilin yekunlarına həsr olunmuş konfransında çıxış edən Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli deyib.

Dövlət Xidmətinin rəsmisinin sözlərində görə, təhlillər onu göstərir ki, elə tenderlər var ki, çox da böyük həcmli deyil, lakin iştirak haqqı kifayət qədər yüksəkdir: “Giriş həddini çox yuxarı çəkməklə yanaşı, bu, prosesin şəffaf və düzgün gedəcəyinə də inam yaratmır. Ona görə bizim yeni təhlilimiz və aparılan rəqəmsallaşdırma işləri iştirak haqlarını da mühüm dərəcədə optimallaşdırılacaq. Bu da kiçik və orta biznes subyektlərinə üstünlük verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR