Yaxın zamanlarda Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu keçirilə bilər

Yaxın zamanlarda Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu keçirilə bilər
# 23 dekabr 2019 16:47 (UTC +04:00)

Azərbaycan, Türkiyə və Gürcüstanın iş adamları ən qısa zamanda biznes əlaqələrinin genişləndirilməsi məqsədilə bir araya toplaşacaqlar.

APA-Economics”in məlumatına görə, qeyd olunan məsələyə dair ilkin razılıq üç ölkənin XİN başçılarının Tbilisidə keçirilən 8-ci üçtərəfli görüşü zamanı əldə olunub.

Görüşdə iş adamları üçün yeni imkanların yaradılması məqsədini daşıyan platforma kimi qısa zamanda növbəti üçtərəfli biznes forumunun keçirilməsinin əhəmiyyəti ifadə olunub.

Qeyd edək ki, sonuncu dəfə üç ölkə arasında biznes forum 2017-ci ilin fevralın 17-də İstanbulda Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) və Gürcüstanın Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə keçirilib.

Forumda Azərbaycan rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, maliyyə, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən 50-ə yaxın iş adamı ilə təmsil olunub. Ümumilikdə isə, biznes forumda hər üç ölkədən 250-dən çox iş adamı iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR