Azərbaycanda "KOB klaster şirkəti"nin meyarları təsdiq edilib

Azərbaycanda "KOB klaster şirkəti"nin meyarları təsdiq edilib
# 24 iyun 2019 13:48 (UTC +04:00)

Azərbaycan Vergilər Nazirliyinin kollegiyasının qərarı ilə “KOB klaster şirkəti”nin meyarları təsdiq edilib.

APA-Economics”in Vergilər Nazirliyinə istinadən verdiyi məlumata görə, “KOB klaster şirkəti”nin bu meyarlara cavab verməsi Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən Nazirlik ilə razılaşdırılmaqla təqdim edilən şəhadətnamə ilə təsdiq edilir.

Meyarlar “Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanının 8.1.1-ci yarımbəndinə əsasən hazırlanıb və Azərbaycan mülki qanunvericiliyinə uyğun kommersiya hüquqi şəxs kimi “KOB klaster şirkəti”nin meyarlarını müəyyən edir.

Kollegiyanın qərarı ilə bu linkdən tanış olmaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR