Azərbaycan şirkəti Litva, İtaliya və Bolqarıstana 54 ton fındıq məhsulları ixrac edəcək

Azərbaycan şirkəti Litva, İtaliya və Bolqarıstana 54 ton fındıq məhsulları ixrac edəcək
# 12 oktyabr 2019 15:54 (UTC +04:00)

Azərbaycan şirkəti Kölndə keçirilmiş “Anuga 2019” beynəlxalq ərzaq sərgisində fındıq məhsullarının ixracına dair xarici tərəfdaşlarla müqavilələr imzalayıb.

APA-Economics”in İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, fındıq istehsalı ilə məşğul olan Azərbaycanın “Azərstar” şirkəti Litvadan olan şirkətlə 22 ton fındıq ləpəsinin ixracına dair müqavilə imzalayıb, İtaliyada fəaliyyət göstərən distributorla 22 ton, Bolqarıstandan olan şirkətlə isə 10 ton fındıq məhsulun ixracına dair ilkin razılıq əldə edib.

Bundan başqa, “Ləzzət Biskvit və Şokolad Fabriki” şirkəti 20 ton qənnadı məmulatının, “Baku Konserv” və “Babək Sirab” şirkətləri məhsullarının ixracına dair ilkin razılıq əldə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR