KOBİA və "Ernst & Young" arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

KOBİA və "Ernst & Young" arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
# 11 iyul 2019 14:55 (UTC +04:00)

Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Ernst & Young Holdings” şirkətinin Azərbaycandakı filialı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

KOBİA-dan “APA-Economics”ə verilən məlumat görə, memorandum kiçik və orta biznesin inkişafının dəstəklənməsi üçün innovativ təşəbbüslərin həyata keçirilməsi, sahibkarların maarifləndirilməsi, dövlət və özəl sektor arasında praktiki əlaqələrin genişləndirilməsi, birgə layihələrin reallaşdırılması, o cümlədən “Ernst & Young Holdings”in “Wavespace” proqramının agentlikdə tətbiqi, “Entrepreneur of the year” və “Entrepreneurial Winning Women” tədbirlərinin birgə təşkili kimi istiqamətlərdə qarşılıqlı əməkdaşlığı nəzərdə tutur.

Əməkdaşlıq çərçivəsində KOB subyektlərinin biznes bacarıqlarının artırılması üçün onlara təlim, məsləhət, informasiya və digər maarifləndirici xidmətlər göstəriləcək, bu məqsədlə “Ernst & Young Holdings” şirkətinin kadr potensialından və beynəlxalq təcrübəsindən istifadə ediləcək, KOB-lar üçün maarifləndirici materiallar hazırlanacaq, startapların, mikro və kiçik biznes subyektlərinin sərgilərdə və təcrübə mübadiləsi proqramlarında iştirakına birgə dəstək göstəriləcəkdir.

Qeyd edək ki, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Ernst & Young Holdings” şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbəri İlqar Vəliyev imzalayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR