"Ağdam Sənaye Parkı"nda daha bir sahibkarlıq subyektinə rezident statusu verilib və rezidentlərin sayı 12-ə çatıb.
"APA-Economics" xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
O qeyd edib ki, yeni rezident NN-Tel Group MMC tərəfindən sənaye parkında investisiya həcmi 1,3 mln. manat olan dam örtükləri istehsalı müəssisəsi yaradılacaq.