Almaniya səfiri: Qarabağda böyük və uzunmüddətli imkanlar yaranıb

Almaniya səfiri: Qarabağda böyük və uzunmüddətli imkanlar yaranıb
# 30 noyabr 2022 13:02 (UTC +04:00)

Almaniya Avropa daxilində Azərbaycanla ticarətin artırılması üçün zəmin yaratmağa, eyni zamanda, bura investisiyaların artırılmasına çalışır.

"APA-Economics" xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann deyib.

O bildirib ki, bununla belə, Azərbaycana yatırımla bağlı çətinliklər də mövcuddur: "Almaniya şirkətlərinin investisiya ilə bağlı yanaşma tərzi fərqlidir, yatırımla bağlı tez qərar vermirlər. Azərbaycanda hazırda yatırımla bağlı əsas çətinlik mövcud konfliktlə əlaqədar sülh və stabilliyin tam əldə edilməməsidir. Hər bir investor üçün yatırımdan əvvəl stabilliyin təmin edilməsi önəmlidir".

Səfir bununla yanaşı, Azərbaycana marağın artdığını, müxtəlif sahələr üzrə böyük potensialın olduğunu da deyib: "Bunlardan biri bərpaolunan enerji ilə bağlıdır. Digər tərəfdən, Asiya, Avropa və Cənubi Qafqaz arasında artan ticarət axınlarını nəzərə alaraq bu ticarət habına qoşulmaq istəyirik. İnfrastruktur və yenidənqurma sahəsində əsasən, Qarabağda böyük və uzunmüddətli imkanlar yaranıb. Deyə bilərəm ki, Almaniya şirkətləri yenidənqurma sahəsində geniş “now-how” təcrübəsinə malikdir. Gələcəyə və imkanlara baxmalıyıq. Düşünürəm ki, bu gün təqdim edilən “Market Analysis Azerbaijan 2022-2023” eksklüziv nəşri müxtəlif sahələr üzrə marağın olduğunu göstərir və fürsətlərdən yararlanmaq imkanları tanıyır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR