Azad edilmiş rayonlarda ötən il 2157 fərdi sahibkarlıq subyekti yaradılıb

Azad edilmiş rayonlarda ötən il 2157 fərdi sahibkarlıq subyekti yaradılıb
# 09 mart 2023 14:48 (UTC +04:00)

2022-ci ildə işğaldan azad edilmiş rayonlarda 2157 yeni fərdi sahibkarlıq subyektləri yaradılıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən il azad edilmiş rayonlarda 797 yeni iş yerləri açılıb. Yeni yaradılan müəssisə və təşkilatların sayı isə 101-ə bərabər olub.

Qeyd edək ki, ötən il ən çox yeni iş yerləri və fərdi sahibkarlıq subyektləri Ağdam rayonunda yaradılıb. Belə ki, 2022-ci ildə Ağdam rayonunda 184 yeni iş yeri və 775 fərdi sahibkarlıq subyekti yaradılıb.

Şükran Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR