Azərbaycanda bu il pivə istehsalı 18%-dən çox azalıb

Azərbaycanda bu il pivə istehsalı 18%-dən çox azalıb
# 05 avqust 2022 10:49 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 2100,9 min dekalitr pivə istehsal edilib.

APA-Economics” Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2021-cu ilin müvafiq dövrü ilə müqayisədə ölkədə istehsal olunan pivənin həcmi 18,4% azalıb.

Cari ilin avqustun 1-nə ölkədə pivə üzrə hazır məhsul ehtiyatı 185,4 min dekalitr təşkil edib ki, bu da illik ifadədə 48,4 min dekalitr və ya 20,7% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR