Azərbaycanda logistika üzrə subsidiya nəzərdə tutulub

Azərbaycanda logistika üzrə subsidiya nəzərdə tutulub
# 28 fevral 2023 15:42 (UTC +04:00)

Biz logistika üçün subsidiya nəzərdə tutmuşuq. Bu subsidiya Azərbaycanda mövcud olan bütün ixracatçılara şamil olunacaq.

"APA-Economics" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev AZPROMO-nun illik hesabatında çıxışı zamanı bildirib:

"Müddət olaraq logistikanın subsidiyasını 5 il, işğaldan azad edilmiş ərazilər üzrə isə 10 il olacağını gözləyirik. Yenilədiyimiz mexanizmləri mart-aprel aylarında hökumətə müzakirəyə çıxaracağıq", - deyə Yusif Abdullayev vurğulayıb.

Həmçinin qeyd edib ki, logistika subsidiyasının verilməsi həm məhsul, həm ölkələr üzrə çeşidləmə ilə olacaq.

"Yəni ənənəvi bazarlara subsidiyanın verilməsi ola bilsin ki, elə də məntiqli olmadı. Biz sadəcə subsidiya vermək deyil, əsas hədəfimiz bazarları şaxələndirməkdir. İlk hədəflədiyimiz bazar Körfəz ölkələridir. BƏƏ, Qətər, Səudiyyə Ərəbistanı bizim üçün çox önəmlidir. Bu ölkələrə ixrac missiyalarımızlarla getməyi düşünürük. Ona görə o istiqamətdə logistikanın subsidiyası çox önəmlidir",- deyə Yusif Abdullayev əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR